Ukraynalı müğənni Svetlana Loboda Azərbaycan leybl “BEAT Music”lə əməkdaşlığa başlayıb. Bu haqda məlumat iyunun 6-da şirkətin Facebook hesabında paylaşılıb.
İfaçı iyunun 3-də “Молитва” adlı mahnısını buraxıb. Mahnının tanıtımı üzərində BEAT Music komandası çalışır.
Adıçəkilən şirkət xalq artisti Aygün Kazımova, AİSEL, Natavan Həbibi, Dilarə Kazımova, Rauf və digər məşhurlara prodüserlik edir. Bu, Azərbaycanda yüksək keyfiyyətli səsə zəmanət verən Dolby Atmos sertifikatı alan yeganə şirkətdir.