Nabat Qoca qızı Aşurbəyova 1795-ci ildə Bakıda anadan olub. O, Azərbaycanın ilk xeyriyyəçi qadını, milyonçu kimi tanınmışdır.
Nabat Aşurbəyova Şollar su kəmərinin çəkilməsinə külli miqdarda pul xərcləmiş, Sabunçu xəstəxanasında kasıb və kimsəsizlərin müalicəsini öz üzərinə götürmüşdür.
Nabat xanım Tatar küçəsində (sovеt dövründə Krupskaya, indi A.Topçubaşov) hamam tikdirmişdir. Həmin hamam həftənin bir günü kasıblar və kimsəsizlər üçün pulsuz işləyirdi.
Aşurbəyova XX əsrin əvvəllərində yoldaşının ölümündən sonra bütün əmlakını sataraq Təzəpir məscidini inşa etdirmişdir. Bu məscid Qafqazda ən iri ibadət evlərindən sayılırdı.
Nabat xanımın şеirlər yazdığı da məlumdur, lakin həmin şеirlər günümüzə çatmamışdır.
Aşurbəyova 1912-ci ildə 117 yaşında ikən vəfat edib. O, Təzəpir məscidinin girişində dəfn olunub. Məscidin yerləşdiyi küçə bu gün onun adını daşıyır.