YARAT Müasir İncəsənət Məkanı 10 il ərzində toplanan xüsusi hazırlanmış seçmə əsərləri ilk dəfə olaraq Daş Salnamə Muzeyində bir ekspozisiyada nümayiş etdirib.
Tədbirdə audiovizual performans nümayiş olunub və İsfar Sarabskinin solo konserti təqdim edilib.
Sərgi YARAT-ın ilk layihəsi olan “Ön söz” adı altında təqdim olunub.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və tanınmış rəssam Aida Mahmudova iştirak edib.