Instagram-da tək əylənmək yox, həmçinin həyatımızın müxtəlif sahələrinə aid faydalı məlumatlar da əldə etmək olar. İnsanoid 5 maraqlı bloqu sizə təqdim edir:
Kulinariya sahəsi ilə maraqlanan şəxslər nigul_asgar səhifəsindən faydalana bilərlər. Burada Azərbaycan və dünya mətbəxinə aid reseptlər təqdim olunur. Nigar xanım bloqunda, həmçinin izləyicilərinə ev işlərinin təşkilində kömək edə biləcək məsləhətlər verir.
View this post on Instagram
View this post on Instagram
Daha bir faydalı məlumatları özündə toplayan səhifə jafarnajafov-dur. 50-dən çox mobil tətbiq və oyunların yaradıcısı olan Cəfər Nəcəfov burada biznes və rəqəmsal sahələr üzrə məsləhətlər verir. Bu səhifə onlayn biznesin qurulmasında izləyicilərin bələdçisi ola bilər.
View this post on Instagram
Dünyanın 27 ölkəsi və 100-dən çox şəhərində olan Jalə xanım izləyiciləri ilə öz səyahət təcrübəsini bölüşür. Burada aviabiletlərin qiymətləri, müxtəlif ölkələrdə gəzməli-görməli yerlər və sərfəli səyahətlə bağlı məlumatlar paylaşılır. Həmçinin jala.alakbarova səhifəsində fərdi inkişaf üçün imkanlar və xaricdə təhsillə bağlı məqamlar da işıqlandırılır.
View this post on Instagram
Legal_live səhifəsini idarə edən xanım Kəmalə Rəhimova ixtisasca hüquqşünasdır. Onun bu sahədə 10 ildən çox təcrübəsi var. Xanım bloger öz izləyicilərinə qanunvericilik haqqında ətraflı məlumat verir. Bu səhifənin digərlərindən fərqi ondadır ki, burada Azərbaycan qanunları asan və başa düşülən dildə izah edilir. Xüsusi vurğulayaq ki, Kəmalə xanım onun Instagram səhifəsinə gələn qanunvericilik barədə sualları ödənişsiz cavablandırır.
View this post on Instagram