ABŞ prezidenti Cozef Bayden Tayvana 571 milyon dollarlıq hərbi yardımın ayrılmasına dair göstəriş verib.
İnsanoid.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Hərbi yardım göstərmək səlahiyyəti ABŞ dövlət katibi Entoni Blinkenə verilib.
Vəsait Tayvana müdafiə, həmçinin hərbi təlim və təhsil məqsədləri üçün təqdim olunacaq.