Gürcüstanın Azərbaycandakı yeni səfirliyinin ərazisi 3 500 kvadratmetr olacaq.
İnsanoid.com xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bildirib.
Onun sözlərinə görə, Azərbaycan paytaxtının mərkəzi ərazisində Gürcüstanın yeni səfirliyi yerləşəcək:
"Gürcüstanın səfirliyinin inşası üçün Azərbaycan tərəfindən verilən torpaq sahəsinin yerləşdiyi yer Bakı şəhərinin mərkəzində 3500 kvadratmetr sahəni əhatə edəcək. Səfirlikdə əsas binadan əlavə, səfirin rezidensiyası və konsulluq qəbulu kimi müxtəlif layihələr həyata keçiriləcək".
Diplomat bu faktın qonşu və dost ölkələr arasında əlaqələrin inkişafı və güclənməsi üçün çox əhəmiyyətli olduğunu qeyd edib.