Ötən gün ABŞ-nin 47-ci Prezidenti Donald Trampın andiçmə mərasimi baş tutub. Tədbir Kapitolidə Konqresin binasında keçirilib.
Qeyd edək ki, Donald Tramp artıq 2016-2020-ci illərdə dövlət başçısı olub.
Bəs görəsən, Donald Tramp bundan sonra xarici siyasətini necə quracaq?
Donald Trampın ABŞ-nin 47-ci rəsmi prezidenti olması ilə bağlı İnsanoid.com-a açıqlama verən politoloq Tural İsmayılov qeyd edib ki, onun birinci prezidentliyi dövrü ekspertlər tərəfindən pozitiv qiymətləndirilə bilər.
Trampın inauqurasiya mərasimində sərhədlərdə nəzarətin gücləndirilməsi ilə bağlı açıqlaması ABŞ-nin yeni baxışlarını ortaya qoymuş olur. Donald Tramp Qərbin elə özü tərəfindən ortaya atılmış bir sıra yad ideologiyalar ilə bağlı maraqlı mövqelər ortaya qoyub.
Daha ətraflı videoda izləyə bilərsiz:
Nəzrin Vahid