Ukrayna Silahlı Qüvvələri tammiqyaslı müharibə zamanı on minlərlə itki verib, bir neçə yüz min hərbçi isə yaralanıb. Eyni zamanda, Ukrayna Rusiyanın işğal etdiyi ərazilərdə nə qədər dinc sakini öldürdüyünü bilmir.
İnsanoid.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “NBC News”a müsahibəsində məlumat verib.
"Biz itkilər qeydə almışıq: 46 min hərbçi ölüb. Onminlərlə hərbçi döyüşdə və ya əsirlikdə itkin düşüb. Bunu dəqiq bilmək mümkün deyil, çünki itkin düşənlər ölmüş və ya əsirlikdə ola bilər və bunlar onminlərlədir, bu doğrudur", - deyə Zelenski bildirib.
Bundan əlavə, 350 min əsgər yaralanıb, Rusiya 19.500 uşağı deportasiya edib. Eyni zamanda, Ukrayna işğal zamanı nə qədər insanın öldüyünü bilmir, çünki yaşayış məntəqələri işğal edildikdən sonra 500 meyitin olduğu qəbirlər tapılıb.