2021-2022-ci tədris ili üçün peşə məktəblərinə müəllim və istehsalat təlimi ustalarının işə qəbul müsabiqəsinin nəticələri açıqlanıb. Bu haqda oktyabrın 14-də Təhsil Nazirliyi məlumat verib.
Ümumilikdə 130 nəfər müsabiqəni uğurla tamamlayıb və işlə təmin olunub.
Namizədlər sənədlərini oktyabrın 15-dək qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidir.