Dövlət İmtahan Mərkəzi (DİM) 25 avqustda xüsusi hazırlıq keçmiş taksi sürücüləri üçün imtahan keçirəcək. Bu barədə İnsanoid mərkəzə istinadən xəbər verir.
İmtahan kompüter vasitəsilə elektron qaydada DİM-in Binəqədi rayonu imtahan mərkəzində təşkil olunacaq və 1 saat davam edəcək. 1415 nəfər imtahanda iştirak üçün qeydiyyatdan keçib. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ni çap edərək şəxsiyyət vəsiqəsi ilə birlikdə gətirməlidirlər. İmtahan zamanı sürücülərin etik davranışı və sərnişin daşımalarını tənzimləyən normativ aktlara dair 20 test sualı veriləcək.
10 və daha çox bal toplayanlar imtahanı keçmiş sayılacaq və 7 illik şəhadətnamə alacaqlar.