Vətən müharibəsində yaralanmış, aşağı və yuxarı ətrafları amputasiya edilmiş 160 hərbçi 168 son nəsil protezlə təmin edilib. Bu haqda noyabrın 19-da Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri məlumat verib.
Onun sözlərinə görə, bu ilin 10 ayı ərzində 7615 nəfər əlilliyi olan şəxsə 38670 protez-ortopedik və digər reabilitasiya vasitələri, o cümlədən 908 mühərrikli təkərli oturacaqlar verilib.
Həmçinin 1040 nəfər qaziyə sosial-psixoloji dəstək xidmətləri göstərilib.