Ötən sutka ölkə ərazisində 18 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar. Bu haqda dekabrın 9-da DİN xəbər verib.
Polis əməkdaşları yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb.
Yaşayış yerini tərk edən 1 nəfər barəsində “epidemiya əleyhinə və karantin rejimlərinin pozulması” maddəsi ilə cinayət işi başlanılıb.