Bu ilin 9 ayı ərzində meşə qanunvericiliyinin pozulması səbəbindən 19 nəfər işdən çıxarılıb. Bu haqda dekabrın 7-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi məlumat verib.
Rəisin sözlərinə görə, meşə qanunvericiliyinin pozulması halları ilə əlaqədar 3457 akt tərtib edilib və 441 215 manat məbləğində ziyan hesablanıb.
"Meşə qanunvericiliyinin pozulması səbəbi ilə meşə təsərrüfatı işçilərindən 1 şəxsin vəzifə maaşı azaldılıb, 91 xəbərdarlıq, 112 töhmət, 42 şiddətli töhmət verilib", - deyə xidmət rəisi əlavə edib.