Vətən müharibəsində yaralanan 2 500-ə yaxın hərbi qulluqçuya əlillik təyin edilib. Bu barədə Report dekabrın 25-də xəbər verib.
İlk mərhələdə Müdafiə və Ədliyyə nazirlikləri, Daxili Qoşunlar və Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyalarından şəhadətnamə (xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsini müəyyən edən sənəd) və tibb müəssisələrindən göndərişlər elektron sistemə daxil edilir.
Yekun mərhələdə Agentlik əlilliyin qiymətləndirilməsini həyata keçirir.
Əlillik təyinatından sonra e-sistem tərəfindən, proaktiv qaydada onlara müvafiq sosial ödənişlər təyin olunub.