Cari tədris ili üzrə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələrinin nəticələri elan olunub. Müsahibə nəticəsində 219 namizəd uğur qazanaraq işə qəbul olunub. Bu barədə sentyabrın 14-də Təhsil Nazirliyindən məlumat verilib.
Namizədlər 16 sentyabr saat 18:00-dək yerli təhsili idarəetmə orqanına zəruri sənədlərini təqdim etməlidirlər.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələri 8-9 sentyabr tarixlərində həyata keçirilib. Müsahibələr onlayn formatda təşkil olunub.