2 il əvvəl törədilərək bağlı qalan cinayətin üstü açılıb. Bu barədə yanvarın 29-da Baş Prokurorluqdan məlumat verilib.
4 sentyabr 2020-ci il tarixdə saat 10 radələrində Masallı rayonunun Hüseynhacılı kəndinin ərazisində 1962-ci il təvəllüdlü qadının yaşadığı evdə başına küt alətlə vurularaq qətlə yetirilməsi faktı ilə bağlı cinayət işi başlanmış, lakin cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmamışdır.
1992-ci il təvəllüdlü Tapdıqov Şəhriyarın 2020 il avqustun 4-də evə tamah niyyəti ilə daxil olaraq ev yiyəsini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Şəhriyar Tapdıqov şübhəli şəxs qismində yanvarın 29-da tutulub və törətdiyi cinayət əməlini etiraf etməklə cinayətin alətini təqdim edib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.