2021-ci ilin yanvar-oktyabr aylarında Dövlət Məşğulluq Agentliyi tərəfindən 68,5 min şəxs işlə təmin olunub. Bu barədə 12 noyabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsində məlumat yayılıb.
Cari ilin ilk 10 ayında 12 625 şəxs özünüməşğulluq proqramına cəlb edilib. İlin sonuna kimi bu rəqəmin 16 minə çatması nəzərdə tutulub.
Özünüməşğulluq proqramı rəqəmsal platforma vasitəsilə icra olunur. Proqrama müraciət edənlərin elektron reyestri, qiymətləndirmə əsasında növbəlilik prinsipi tətbiq edilib. Aktiv alanların sənədləri və aktivlərin verilməsi prosesinə aid foto, video çəkilişlər ictimaiyyətə açıqlanır.