Cari ilin ilk 11 ayında Dövlət Məşğulluq Agentliyi tərəfindən 74 203 nəfər işlə təmin edilib. Bu barədə 14 dekabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsində məlumat yayılıb.
Özünüməşğulluq proqramına 14 200 nəfər cəlb edilib. Onların seçdikləri biznes istiqamətləri üzrə aktivlərlə təminatı işləri aparılır. Əlavə olaraq 413 nəfər müxtəlif istiqamətlər üzrə peşə hazırlığı kurslarına, 1 410 nəfər isə peşəyönümü məsləhəti xidmətlərinə cəlb olunub.