2021-ci ilin ilk 10 ayında yeni nəsil nəzarət-kassa aparatları(NKA) vasitəsilə aparılan dövriyyə 12,5 milyard manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur. Bu barədə 12 noyabr tarixində Dövlət Vergi Xidmətinin rəsmi səhifəsində məlumat yayılıb.
İndiyədək ölkə ərazisində 49 548 ədəd yeni nəsil NKA quraşdırılıb.