Hər ilin özünəməxsus rəngləri, geyim üslubları, biçimləri, parçaları olur. Düzdür, çoxları özünə yaraşanı, cibinə uyğun gələni geyinsələr də, bir qisim insan moda trendlərini izləyir və öz qarderobunu hər ilin dəbinə uyğun olaraq yeniləyir.
2025-ci ildə nələrin dəbdə olacağını maraqla gözləyənlər üçün Bakuplus.az-ın əməkdaşı modelyer-dizayner Şəlalə Maqsudovanın fikirlərini öyrənib.
![]()
Modelyer ilk olaraq gələn ilin rənglərini açıqlayıb:
“2025-ci ilin rənglərində dəyişiklər olacaq. Bu il tünd yaşıl, tünd qırmızı və leopard naxışları dəbdə olacaq. Bu rənglər çox vaxt zərif və şık bir ton olaraq qəbul edilir. Ağ və qara rənglər isə bütün illərdə və fəsillərdə dominant olaraq qalacaq. Çünki ağ və qara klassik rənglərdir”.
Ş.Maqsudova 2025-ci ilin qış dəbini açıqlayıb:
“2025-ci ilin qış dəbini vurğulamaq istəyirəm. Qış dəbi dedikdə ilk növbədə üst geyimləri palto, manto nəzərdə tutulur. “Fresh” stilinə də üstünlük veriləcək”.
Şəlalə Maqsudova paltoların biçim və formaları haqqında qısa məlumat verib:
“Böyük yaxalıqlı, beli kəsikli, uzun və bədənə oturan paltolar bu ilin dəbi olacaq. Xəz dəri və dəridən hazırlanmış geyimlər də bununla yanaşı gündəmdə olacaq”.
Nəzrin Vahid