Mart ayı ərzində 203 hektar ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib. Bu haqda aprelin 4-də APA məlumat yayıb.
Mühəndis-istehkam bölmələri tərəfindən 14 600 hektaradək ərazi minalardan təmizlənib. Ümumilikdə 6000 ədəddən artıq piyada əleyhinə, 2100 ədəddən artıq tank əleyhinə mina, 9300 ədəddən artıq partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.