Vətən müharibəsində yaralanan 2 200 qaziyə əlillik təyinatı verilib. Bu haqda noyabrın 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Əlillik təyinatından sonra e-sistem tərəfindən müvafiq sosial ödənişlər təyin edilib.
Əlilliyin təyin edilməsi üçün Müdafiə və Ədliyyə nazirlikləri, Daxili Qoşunlar və Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyalarından xəsarət və ya xəstəliklərin hərbi xidmətlə əlaqəsini müəyyən edən sənəd və tibb müəssisələrindən göndərişlər elektron sistemə daxil edilməlidir.