2021-ci ilin 1 dekabr tarixinədək 254 min pensiya, müavinət və təqaüd təyinatı elektron qaydada aparılıb. Bu barədə dekabrın 16-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında məlumat verilib.
Təyinatlardan 47 mini pensiya, 207 mini müavinət və təqaüdlərə aid olub.
Sözügedən prosesin e-qaydada aparılmasına 2019-cu ildən başlanılıb. Bu istiqamətdə əsas məqsəd vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda bu hüququn müraciət olunmadan və sənəd təqdim edilmədən avtomatik reallaşdırılmasıdır.