Peşə təhsil müəssisələrində direktor və direktor müavini kimi çalışmaq istəyənlər üçün müsabiqənin 7-20 iyul tarixlərində baş tutan elektron müraciət mərhələsi bitib. Bu barədə 21 iyul tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.
Ümumilikdə müraciətçilərdən direktor vakant vəzifəsi üzrə 271, direktor müavini vakant vəzifəsi üzrə isə 386 nəfər növbəti mərhələdə iştirak hüququ qazanıb.
Bununla bağlı məlumat namizədlərin portal.edu.az platformasındakı şəxsi kabinetlərinə göndərilib.
Ərizələri təsdiq edilən namizədlər 26 iyul tarixində qanunvericilik və məntiqə aid suallardan ibarət test imtahanında iştirak edəcəklər.
Test imtahanından keçən namizədlər müsahibə mərhələsinə keçmə hüququ qazanacaqlar.