28 mindən çox sağlamlıq imkanları məhdud uşaqların sosial xidmətlərə tələbatının qiymətləndirilməsi həyata keçirilib. Bu barədə 19 aprel tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.
Məlumata əsasən, sosial işçilər və psixoloqlar tərəfindən həmin uşaqların qayğı, sosial təminat, təhsil, səhiyyə, iştirak və digər əsas hüquqlarının təmini, habelə risk səviyyəsi ölçülüb.
Bildirilib ki, sosial həssaslığı riskli olaraq dəyərləndirilən uşaqların yaşadıqları ərazi üzrə zəruri sosial xidmətlərə çıxışlarının təmin edilməsi istiqamətində işlər aparılacaq.