Şəhidlər Xiyabanında dəfn edilmiş 32 naməlum şəhid məzarından meyitin qəbirdən çıxarılaraq tibbi-genetik tədqiqat üçün müvafiq nümunələrin götürülməsi təmin edilib. Bu haqda noyabrın 11-də Report məlumat verib.
Hazırda Prokurorluq meyitlərin kimliyinin müəyyən edilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirir.
Burada dəfn olunanların kimliyi müəyyən edildikdən sonra, həmin məzarlar şəhidlərin şəkil və məlumatlarıyla birlikdə yenidən bərpa olunacaq.