İsmayıllıda restorandan 5 000 manata yaxın dəyəri olan qədim samovarları oğurlayan gözətçi saxlanılıb. Bu haqda aprelin 11-də Report məlumat yayıb.
Şəxs samovarları Qobustan rayonunda satıb və daha sonra iz itirmək məqsədilə obyektin sahibinə guya restorana maskalı şəxslərin basqın etməsi ilə bağlı yalan məlumat verib.
Samovarları onun satdığı yerlərdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.
Faktla bağlı cinayət işi başlanılıb.