Ağcabədinin Cəfərbəyli, Mehrablı, Ağabəyli, Şənlik və Qaradolaq kəndlərinin elektrik şəbəkəsi yenidən qurulacaq. Bu haqda aprelin 12-də “Azərişıq” məlumat verib.
Müxtəlif güclərdə 24 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq.
Ümumilikdə 1784 abonent fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək.
Bu il ərzində müxtəlif regionları əhatə edən 100-dən çox kənd və yaşayış məntəqəsinin elektrik enerji şəbəkəsi tamamilə yenidən qurulacaq.