Bu gün şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil verilib. Bu barədə 24 dekabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, sosial ödənişlər üzrə xərclər son 3 ildə 60% və ya 2,4 milyard manat artıb.
Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı bu il 5 dəfə genişlənib.
2021-ci ilin əvvəlindən şəhid ailələri, müharibə əlilləri üçün Prezidentin aylıq təqaüdü orta hesabla 50%, bəzi istiqamətlər üzrə 100%-ə yaxın artırılıb. Bundan əlavə, Milli Qəhrəmanlar üçün təqaüd 300 manat artaraq 1800 manata çatdırılıb. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdü 2000 manat təsis edilib.
[URIS id=19235]