50 min manatlıq qızıl boyunbağı oğurlayan şəxslərə hökm oxunub. Rəşad Novruzov və Hikmət Arzumanov hərəsi 8 il olmaqla azadlıqdan məhrum ediliblər. Bu barədə aprelin 13-də Trend məlumat yayıb.
İttihama görə, təqsirləndirilən şəxslər paytaxtın Nərimanov rayonundakı mənzillərin birindən çəkisi 99 qram olan qızıl boyunbağı oğurlayıblar. Oğurlanan zinət əşyası 50 min manat dəyərində qiymətləndirilib.
Nəticədə hadisəni törətməkdə şübhəli bilinən R.Novruzov və H.Arzumanov saxlanılıblar.