Paytaxtın Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində baş verən yanğın zamanı 52 yaşlı ev sahibi həlak olub. Bu barədə martın 10-da Fövqəladə Hallar Nazirliyi xəbər verib.
Məlumata görə, alov söndürülüb. Mərhumun cəsədi isə aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma davam edir.