top
6.5 milyon dollarlıq banan, sənət vandalizmi - 2024-cü ilin QALMAQALLARI
31 dekabr 2024, 03:00
- ↺ +

6.5 milyon dollarlıq banan, sənət vandalizmi - 2024-cü ilin QALMAQALLARI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yola saldığımız 2024-cü il siyasət, iqtisadiyyat, incəsənət, təhsil kimi bütün sahələrdə maraqlı hadisələrlə yadda qaldı. Ötən il bəziləri üçün hüznlü, bəziləri üçün sevincli, bəziləri üçün də uğurlu il oldu. Bəs görəsən, incəsənət sahəsində ötən 2024-cü il hansı qalmaqallarla yadda qalıb? Çünki böyük pulların, ideyaların dövr etdiyi sənət dünyasında bu tip qalmaqallar üçün hər zaman zəmin yaranır. İnsanoid.com 2024-cü ildə incəsənət dünyasında baş verən əsas qalamaqalların siyahısını təqdim edir. Sözügedən hadisələr sənət dünyasında bəzən zəlzələ effekti ilə yadda qalıb.

Bir nəfərin zibili

Bəziləri üçün müasir incəsənət və zibil arasında sərhəd çox incədir. Onların arasında Hollandiya muzeyində lift operatoru da olub, o, səhvən sənət əsərinin bir hissəsini - boş pivə qutularını zibilliyə atıb. Niderlanddakı LAM Muzeyinin məlumatına görə, "Birlikdə keçirdiyimiz bütün yaxşı vaxtlar" adlı əl ilə çəkilmiş əsər "Fransız rəssamı Alexandre Lavetin dostları ilə bölüşdüyü əziz xatirələri" ni simvollaşdırır. Muzey həmçinin bildirib ki, texnikaya qarşı “heç bir düşmənçiliyi yoxdur” – axı pivə qutularının replikaları qəsdən şüşə liftin şaxtasında nümayiş etdirilib, sanki onları inşaat işçiləri orada tərk ediblər. Əşyalar daha sonra təmizlənmədən əvvəl zibil torbasından bütöv şəkildə çıxarılıb və nümayiş üçün geri qaytarılıb.

Vandalizm etiraz vasitəsi kimi

Just Stop Oil və digər fəal qrupların təşkil etdiyi etiraz adı altında mədəni irsin vandalizmi sürətlə yayılıb. Magna Carta, Mona Lisa və Stonehenge 2024-cü ildə onların hədəfləri arasında idi. Niderlandda Vermeerin "Mirvari Sırğalı Qız" əsərinə hücum edən üç belçikalı iqlim fəalı apelyasiya məhkəməsinin onların iki aylıq həbs cəzasını ləğv etməsindən sonra cəzadan xilas olub. Onlar 23 gün xüsusi nəzarət altında olublar.

Bununla belə, sentyabr ayında Britaniya hakimi Van Qoqun “Günəbaxanlar” rəsm əsərinə pomidor şorbası tökən iki kənc etirazçını həbs etmək qərarına gəlib. Onlardan biri 2 il, digəri 20 ay azadlıqdan məhrumetmə cəzası ilə üzləşib.

Bahalı banan

2019-cu ildə divara yapışqanla bərkidilmiş bananın 120 min dollara satılması hər kəsi şoka salmışdı. Amma 2024-cü ilin noyabr ayında baş verən hadisə sübut etdi ki, 120 min dollar elə də böyük pul deyilmiş.  Sözügedən tarixdə Maurisio Kattelananın “Komediant” əsəri yenidən 1-1.5 milyon dollara hərraca çıxarıldı. Çinli milyarder Castin San bu “əsər”ə 6.2 milyon dollar ödədi. Kriptovalyuta milyarderi ödədiyi pula görə, bir rulon yapışqan lent və bir bananla yanaşı orijinallıq sertifikatı və quraşdırma təlimatı aldı. San Honq-Konqda mətbuat konfransı keçirib və dərhal kameralar qarşısında banan yeyib. “Tarixin bir parçası olmaq üçün onu yemək istəyirəm”, -deyə milyarder əməlinə haqq qazandırıb.

Mükafat qazanan süni intellekt

Yanvar ayında yaponiyalı yazıçı qadın etiraf edib ki, onun mükafata layiq görülən “Tokio şəfqət qülləsi” kitabı ChatGPT dəstəyi ilə yazılıb. Akutagava Mükafatını aldıqdan qısa müddət sonra Rie Kudan işin təxminən 5%-də süni intellektdən istifadə olunduğunu açıqladı. “Yaradıcılığıma özünü tam şəkildə ifadə etməyə imkan verərək, romanlarımı yazarkən süni intellektdən istifadəni davam etdirməyi planlaşdırıram”,-deyə yazıçı bildirib.

Kudanın etirafısüni intellektin yaradıcı sənayelərə yaratdığı təhlükə ilə bağlı davamlı ekzistensial suallar doğurdu. Bununla belə, iyun ayında fotoqraf Maylz Astrey Süni İntellektin rəngli fotolar müsabiqəsinə real flaminqo fotosunu yerləşdirdi və mükafat qazandı. O, bildirib ki, insanın hələ də robotlar qarşısında aktuallığını itirmədiyini sübut edib. Ana təbiət və insanlar maşınlara qalib gələ bilər.

Krallıq portretləri

Britaniya kral ailəsi Kraliça II Yelizavetanın ölümündən sonra ictimai imicini dəyişməyə davam edir. Lakin oğlu Kral III Çarlzın tacqoyma mərasimindən sonra ilk rəsmi portreti onların gözlədiyi kimi olmaya bilər.

Sosial mediada aqressiv şəkildə qırmızı rəngə boyanmış rəsm "müstəmləkəçilərin törətdiyi qırğının vizual təsviri" kimi təqdim edildi, bəziləri isə kralın "düz cəhənnəmə gedir" kimi göründüyünü yazdılar.

Tatlerin üz qabığında görünən Uels Şahzadəsinin portreti də mübahisələrə yol açıb. Britaniyanın “The Daily Telegraph” qəzetinin baş sənətşünası Alaster Suk  yazıb ki, rəssam Hanna Uzorun tablosu “dözülməz dərəcədə pisdir” və “mövzusu ilə zərrə qədər də oxşarlığı yoxdur”.

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 15:09

Londondan qalxan təyyarə partlayış təhlükəsinə görə Polşada təcili eniş edib

Cəmiyyət
Bu gün, 14:24

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Cəmiyyət
Bu gün, 14:03

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Cəmiyyət
Bu gün, 13:26

Dövlət qulluğu imtahanlarının vaxtı və qaydaları açıqlanıb

Cəmiyyət
Bu gün, 13:07

Vaqif Mustafazadənin qızı Paris Operasından ekranlara - FOTO

Cəmiyyət
Bu gün, 12:56

Sabah Bakıda hava yağmursuz olacaq

Cəmiyyət
Bu gün, 12:45

Elmi dərəcəli hərbçilər üçün leytenant rütbəsində olma müddətinin azaldılması qəbul edilib

Cəmiyyət
Bu gün, 12:30

DİN KMBİ Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat keçirib - VİDEO

Cəmiyyət
Bu gün, 12:24

Şəmkirdə 13 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb

Cəmiyyət
Bu gün, 12:19

Kiyev yaxınlığında münaqişə: Petropavlovskaya Borşaqovkada nə baş verib?

Cəmiyyət
Bu gün, 12:17

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Cəmiyyət
Bu gün, 12:00

Özəl təyyarələrlə uçuş nə dərəcədə təhlükəsizdir?- SON iki günün ən çox müzakirə olunan mövzusu

Siyasət
Bu gün, 11:38

Prezident İlham Əliyev Panama Prezidentini milli bayram münasibətilə təbrik edib

Cəmiyyət
Bu gün, 11:29

Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Cəmiyyət
Bu gün, 11:21

Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Cəmiyyət
Bu gün, 11:05

Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi həbs olunub

Cəmiyyət
Bu gün, 09:48

Nepalda iki turist helikopteri havada toqquşaraq yerə çırpılıb: bir nəfər ölüb - VİDEO

Cəmiyyət
Bu gün, 09:45

Bakının dörd rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Cəmiyyət
Bu gün, 09:31

15 yaşlı qızı aldadıb təcavüz etdi - Video çəkib hədələdi

Cəmiyyət
Dünən, 15:57

Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib

Cəmiyyət
Dünən, 15:56

Ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

Cəmiyyət
Dünən, 15:52

Oktyabrda 24 aptekdə nöqsan aşkarlanıb

Cəmiyyət
Dünən, 15:51

Azərbaycandan Gürcüstana qanunsuz dizel və qəlyan tütünü keçirilməsinin qarşısı alınıb

Cəmiyyət
Dünən, 15:42

Bakıda təhsil işçiləri metro və avtobusa 1 qəpik ödəyəcəklər

Oxşar xəbərlər