Şəmkirdə 2019-2020-ci illər ərzində 7 nəfərin ümumilikdə 40 600 manat məbləğində pul vəsaitini ələ keçirən şəxs saxlanılıb. Bu haqda dekabrın 10-da Baş Prokurorluq məlumat verib.
Məlum olub ki, saxlanılan şəxs əvvəl icra məmuru vəzifəsində çalışıb. Bundan əlavə, o öz qulluq mövqeyindən istifadə edərək özgə əmlakı mənimsəyib.
Şəxs barəsində “dələduzluq”, “mənimsəmə” və “rüşvət vermə” maddələri ilə həbs qətimkan tədbiri seçilib.