Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində oğurluqlar edən 3 şəxs saxlanılıb. Bu haqda dekabrın 7-də DİN məlumat verib.
Polis tərəfindən aparılan araşdırmalar nəticəsində onların müxtəlif vaxtlarda 8 evdən pul və qızıl-zinət əşyaları oğurladıqları müəyyən edilib. Saxlanılan şəxslər törətdikləri oğurluq hadisələrini etiraf ediblər.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində istintaq tədbirləri davam etdirilir.