Dünən, aprelin 3-də 8 nəfərdə mobil telefon aşkarlandığı üçün buraxılış imtahanından xaric edilib. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Onlardan 3 nəfər kənardan kömək almaq məqsədilə sual kitabçasının şəklini çəkib öz yaxınlarına göndərib. Bundan əlavə, 1 nəfərin başqasının yerinə imtahana girmək cəhdinin də qarşısı alınıb.
Qeyd edək ki, imtahanda 26 087 abituriyent iştirak edib. Aprelin 4-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.