Sosial iş yerlərində əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı çərçivəsində 932 şəxsə münasib iş yerlərinə göndəriş verilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səhifəsində 2 sentyabr tarixində məlumat yerləşdirilib.
Göndəriş verilən şəxslərdən artıq 312 nəfər işəgötürənlərlə əmək müqaviləsi bağlayıb.
Proqram çərçivəsində işlə təmin edilən şəxslərin əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən ödənilir.
İşəgötürənlər proqrama qoşulmaq üçün link vasitəsilə qeydiyyatdan keçə bilərlər.