Ağcabədidə vətəndaşların etibarından sui-istifadə etməklə külli-miqdarda pulu mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb olunub. Bu haqda noyabrın 11-də DİN məlumat verib.
Saxlanılan şəxsin sakinlərə məxsus daşınmaz əmlakları, avtomobilləri, qızıl-zinət əşyalarını, əmək haqqı kartlarını dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən edilib. O, ümumi 300 000 manata yaxın pul mənimsəyib.
Onun analoji cinayətlər törətdiyi də istisna edilmir. DİN bildirib ki, əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə “102” Zəng Mərkəzinə və Ağcabədi Rayon Polis Şöbəsinə məlumat verə bilərlər.