Ağcabədi rayonunda cari mövsümdə indiyədək sahibkarlar tərəfindən 33 423 ton pambıq yığılıb. Bu barədə Rayonun İcra Hakimiyyətinə istinadən 5 yanvar tarixində Azərtac məlumat verib.
Məlumata əsasən, rayonda pambıq yığımı yekunlaşmaq üzrədir. Əkin 11 min hektar sahədə aparılıb. Ötən il Ağcabədi rayonunda 10 689,2 hektar sahədə pambıq becərilib, 37 887 ton məhsul istehsal edilib.