2021-ci ildə Ağdaş rayonunda 1 170 hektar ərazidə 25 781 ton tərəvəz məhsulları istehsal edilib. Bu barədə 11 yanvar tarixində Rayon Statistika İdarəsinə istinadən Azərtac məlumat verib.
Məlumata əsasən, bu göstərici 2020-ci ilə nisbətən 2 559 ton çoxdur. Qeyd olunub ki, yığılan məhsulun 13,5%-i istixanalarda yetişdirilib.