Ağdaş rayonunun Yenicə kəndində "Aran" İstehsal Kooperativi yaradılıb. Bu baradə məlumat 10 sentyabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin səhifəsində yayılıb.
Kooperativ kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 5 sahibkarlıq təsərrüfatından ibarətdir və 57 hektar ərazini əhatə edir. Onlardan 15 hektar ərazidə nar bağının salınması, 42 hektarda isə taxıl, qarğıdalı, çəltik və yonca əkilməsi nəzərdə tutulur.