Ağdaşda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Bu barədə 12 mart tarixində Daxili İşlər Nazirliyindən məlumat verilib.
Əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Yuxarı Ləki kənd sakini tutularaq istintaqa təqdim edilib. Onun üzərindən sellofan torbada 1 kiloqrama yaxın qurudulmuş marixuana götürülüb.
Faktla bağlı cinayət işi başlanıb və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.