Ağdaşda narkotik vasitənin təsiri altında avtomobil sürən şəxs saxlanılıb. Bu haqda 9 dekabr tarixinda Report məlumat verib.
Belə ki, polis əməkdaşları “VAZ-21011” markalı avtomobilin sürücüsünü qayda pozuntusuna yol verdiyinə görə saxlayıblar. Sürücünün narkotik qəbul etməsinə dair şübhələr yarandığından o tibbi müayinədən keçirilib. Müəyyənləşdirilib ki, o, marixuanadan istifadə edib. Həmin şəxs haqqında materiallar məhkəməyə göndərilib.
2021-ci ilin noyabr-dekabr aylarında Ağdaş polisi tərəfindən narkotik vasitənin təsiri altında avtomobil idarə edən 19 şəxs saxlanılıb.