İyulun 13-ü Ağstafa rayonunun Aşağı Göycəli kəndində 83 yaşlı qadının evinə balta ilə basqın edən şəxs 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu haqda dekabrın 14-də Report məlumat yayıb.
Həmin şəxs maskada balta və bıçaqla evə girib və qadını hədələyərək 10 manat pulunu, qızıl üzüyünü və sırğasını alıb. Daha sonra otağın döşəməsini yandırıb və ərazidən uzaqlaşıb.