Sentyabrın 2-də Ağstafada baş verən yol qəzası nəticəsində yük maşını iki azyaşlını vurub. Onlardan biri hadisə yerində ölüb, digəri isə yaralanıb.
Qafqazinfo-nun məlumatına görə, hadisə rayonun Aşağı Kəsəmən kəndində qeydə alınıb. İlkin məlumata əsasən, həyatını itirən uşaq 10 yaşında idi, yaralı isə 5 yaşındadır.