Dünən, martın 25-də Ağstafada ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə APA xəbər paylaşıb.
Hadisə Dağ Kəsəmən kəndində qeydə alınıb. “Mercedes” markalı minik avtomobili əvvəlcə “VAZ-2106”ya, daha sonra isə yolun kənarındakı ağaca çırpılıb. Nəticədə “Mercedes”in sürücüsü, 35 yaşlı Teymur Talıbov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.