Ağsuda məktəbdə “Azərişıq” ASC-nin əməkdaşının ölümü ilə bağlı cinayət işi açılıb. Bu barədə Ağsu Rayon Prokurorluğu məlumat yayıb.
Hadisə yanvarın 11-də saat 11:00 radələrində 2 saylı tam orta məktəbin həyətində baş verib. 1988-ci il təvəllüdlü Xəyal Şərifov 10 kv-luq transformatorun üzərində sayğac quraşdırarkən elektrik cərəyanının vurması nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı “səhlənkarlıq” maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam edir.