Qabiliyyət imtahanlarında iştirak etmək üçün abituriyentlər 2 istiqamətə aid 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər. Abituriyentlər imtahana buraxılmaq üçün bu linkdən istifadə edə bilərlər. Bu haqda DİM məlumat verib.
Müsabiqə abituriyentin qəbul imtahanında topladığı ümumi bal əsasında aparılacaq.
Kinooperator ixtisasına qəbul üçün qabiliyyət imtahanları keçirilməyəcək. Bu ixtisasa qəbul olmaq istəyən abituriyentlər müsabiqəyə qəbul imtahanında topladıqları bal əsasında qatılacaqlar.
“Xoreoqrafiya sənəti” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Ötən il buraxılış imtahanlarında iştirak edib müsabiqə şərtini ödəyən abituriyentlər də qeydiyyatdan keçə bilərlər.