Şabranda avtomobil qəzası qeydə alınıb. Bu barədə aprelin 7-də APA məlumat yayıb.
Rayonun Taxtakörpü adlanan ərazisində “Hyundai Santafe” markalı avtomobil yoldan çıxaraq aşıb. Xəsarət alan iki nəfər Xaçmaz sakini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.