Şabranda bacısını qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib. Bu barədə Report-a rayon prokurorluğundan məlumat verilib.
2021-ci il dekabrın 4-də rayonun Çaraq kənd sakini, 1998-ci il təvəllüdlü Nəcibə İsayevanın qəsdən öldürülməsi faktı üzrə başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb.
1992-cı il təvəllüdlü Rüfət Quliyev birgə yaşadıqları evin həyətində aralarında yaranmış münaqişə zamanı Nəcibə İsayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.
Rüfət Quliyev Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə” maddələri ilə tutulmuşdu.