Şabranda oğul anasını döyə-döyə öldürüb. Bu barədə 10 mart tarixində Baş Prokurorluqdan məlumat verilib.
Hadisə martın 9-u saat 19:00 radələrində baş verib. 1953-cü il təvəllüdlü qadın münaqişə zamanı yaşadığı evdə sərxoş vəziyyətdə olan oğlu tərəfindən döyülüb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi başlanılıb. Məhəmməd Nazırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.